Nazirlər Kabineti 14 yanvar 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılması nəzərdə tutulur.