Xırdalanda bina tikintisi ilə məşğul olan şirkətin rəhbərliyi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayətlər daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masazır qəsəbə sakini M.Hümbətova, Xırdalan şəhər sakini N.Binnətəliyeva və Bakı sakini R.Umbayev “FAM-88” MMC-nin rəhbərliyinin onları aldadaraq 113 240 manat aldığını bildiriblər. Onlar qeyd ediblər ki, şirkətin inşa etdiyi binadan mənzil alıblar, sonradan binadakı mənzillərin bir deyil bir neçə nəfərə satılması məlum olub.
Qeyd edək ki, paytaxt sakini Rüstəmov Seymur Qəzənfər oğlu da şirkətin rəhbərliyi barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək “FAM-88” MMC-nin rəhbərliyinin ona qarşı 213 000 manatlıq dələduzluq etdiyini bildirib.