​"Biznesmen ər seçin" - MƏŞHUR MÜĞƏNNİ

​
15:27 11.04.2023
177 Maqazin
A- A+
"Hər qazanın öz qapağı var. Ailə quranda diqqət etməlisən. Mən hər şeydən xətt çəkdim, ailəni seçdim. Övladım var, peşman deyiləm. Amma hər kəs yorğanına görə ayağını uzatsa, yaxşı olar".

Bu sözləri müğənni Günel Ələkbərova "MTV maqazin"ə açıqlamasında deyib.

İfaçının sözlərinə görə, ailə quranda pul sevgidən üstün olmalıdır:

"Qızlara, ailə həyatı quranda bir məsləhətim var. Seçim edəndə bir az yuxarıdan kimisə seçin, biznesmen olsun. Həm şəxsiyyəti, həm mənliyi, həm də pulu olsun. Yalan sözdür, deyirlər, soğan-çörək ye, amma xoşbəxt ol. Onunla xoşbəxtlik olmur. Bir gün, iki gün soğan yeyəcəksən, sonra deyəcək, soğan iyi gəlir. Pul da yoxdur, nə edəsən? Elə adam var ki, pulu var, amma mənliyi, şəxsiyyəti yoxdur".