Azərbaycanda kişi şantaj olunub.
SÜLH.İNFO.az lent.az-a istinadən bildirir ki, polisə müraciət edən Yaşar.A. sevgilisinin onu şantaj etdiyini deyib.
Şikayətçi qeyd edib ki, qeyri-rəsmi nikah münasibətlərində yaşadığı T.X. və qardaşı onu qeyri-münasib şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək külli miqdarda pulunu aldıqlarını və hətta sevgilisinin evini təmir etdirdiyini də bildirib.
Daxil olan şikayət əsasında Abşeron rayon Polis Şöbəsində araşdırılmalara başlanılıb.