​Rusiyada yeni qərar qəbul olundu - Bu,qadağan edildi

​Rusiyada yeni qərar qəbul olundu
16:32 11.04.2023
173 Dünya
A- A+
Rusiyada hərbi çağırışa məruz qalan və çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.

Bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq çağırış vərəqəsi verilmiş hesab edildiyi gündən Rusiya Federasiyasını tərk etməsi qadağandır.

Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.