Sülh.info.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə səs-küy yaranıb.
Mərhum Turan Rüstəmovun anası təqsirləndirilən şəxsə qarşı ittihamlar səsləndirib.
Prosedə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədən zaman İdman Akademiyasında təhsil alırmış.
Daha sonra məhkəmə baxış iclasına təyin olunub.
Məhkəmə baxışı aprelin 25-ə təyin olunub.
Qeyd edək ki, Turan Rüstəmovun 50-yə yaxın yaxını, qohumları və dostları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Onlar məhkəmənin ədalətli keçirilməsini, Turanın qatilinə ömürlük cəza verilməsini tələb ediblər.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.