​XİN başçısı ilə ATƏT sədrinin görüşü BAŞLADI

​XİN başçısı ilə ATƏT sədrinin görüşü
11:41 12.04.2023
133 Siyasət
A- A+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.

C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.