​Azərbaycanda DOLLARLA bağlı VACİB XƏBƏR var - yaxın gələcəkdə...

​Azərbaycanda DOLLARLA bağlı VACİB XƏBƏR var
11:53 12.04.2023
A- A+
Son vaxtlar bir çox iqtisadçılar valyuta bazarında sürətlə artan dollar kütləsinin infiliyasiyaya səbəb olacağını qeyd edirlər.

Ekspertlərin bir-çoxu hesab edir ki, yaxınlaşan maliyyə fəlakətinin yeni əlamətləri Amerika mağazalarında qıtlıq və istehlak mallarının qiymətlərinin artmasıdır. Bundan əlavə insanların bütün əmanətlərini maliyyə institutlarından çıxarmağa başlayacağı gözlənilən “banklara basqını” istisna etmirlər. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb. Ekspert yüklü miqdarda dövriyyəyə buraxılan dollar əskinaslarının bu valyutanın imicinə zərər vurmasını istisna etmir.

 “ABŞ artıq 100 ildən çoxdur ki, dollar əskinaslarının çapını artırmaqla məşğuldur və bunun hesabına bir çox problemlərini də həll edir. Dünya ölkələrinin 70 faizinin valyuta ehtiyatları dollarladır. Ticarətin də təqribən 65-70 faizi dollar üzərindən aparılır. Dünya hələ də necə deyərlər, dollarları həzm etməyə qadirdir. Düzdü, bu infiliyasiyanı yüksəldən səbəbdir. Ancaq dolların nüfuzuna xələl gətirəcək, dollarla bağlı hansısa ciddi problemin yaşana biləcəyi ilə bağlı iddialar Rusiyanın sadəcə arzularıdır. Amma reallıq onu göstərir ki, yaxın gələcəkdə də dolların hegemonluğu davam edəcək. Düzdü, hazırda dövriyyədə dollar əskinaslarının çox olması bu valyutanın nüfuzuna müəyyən dərəcədə xələl gətirir. Ancaq ciddi təsirləri yaxın gələcəkdə real görünmür”.