​Dövlət qurumlarında yarım milyard manatlıq pozuntu aşkarlandı

​Dövlət qurumlarında yarım milyard manatlıq pozuntu
12:25 12.04.2023
136 Ölkə
A- A+
2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 481,2 milyon manatlıq maliyyə pozuntusu aşkar edib.

Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, 131,3 milyon manatlıq hissəsi üzrə tədbirlər müəyyən olunub, 349,9 milyon manatlıq hissəsi üçün isə tədbir (bərpa) üçün əsaslar tapmaq mümkün olmayıb.