Sülh.info.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "İnfoMedia" erməni sosial şəbəkə istifadəçilərinə istinadla məlumat yayıb.
İddia edilib ki, qaçmağı bacaran azərbaycanlı əsgər Qarakilsədə (Sisian) marketdə bazarlıq edərkən kameralara yaxalanıb.
Onun hansı pulla bazarlıq etməyə çalışdığı, paltarını harda dəyişdiyi, ümumiyyətlə, yolu itiribsə, niyə Azərbaycana qayıtmadığı haqda açıq suallara cavab yoxdur.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bir neçə gün öncə iki (hətta 3 və ya 6 olduğu da deyilir) azərbaycanlı əsgərin Zəngəzurun Bnunis kəndində gecə 01-02 radələrində qapını döydükləri, qapını açan ev sahibəsinin isə dərhal polis çağırdığı, "paltarını dəyişməyə nail olan" azərbaycanlı "əsgərin" saxlanıldığı, onun yoldaşının isə qaçdığı haqda informasiya yaymışdı.
Azərbaycan MN Naxçıvanda xidmət edən iki azərbaycanmlı əsgərin duman səbəbindən itkin düşdüyü haqda açıqlama yaysa da, təfərrüat yoxdur.