Xəbər verdiyimiz kimi, dünən Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Baş verənlərdən dərin kədər hissi keçirən Xalq artisti Brilliant Dadaşova bu barədə şeir yazıb. Bədnam qonşularımızdan şikayət edən sənətçi şeiri sosial mediada bölüşüb:
Yenə karqaşa, yenə göz yaşı,
Tanrı niyə qonşu etdi bizə əsli-kökü bilinməyən əyyaşı?
Hardandır bu qədər dərd, belə zillət,
Nə zaman sakit yaşayacaq bu xalq, bu millət?
Nədən görəsən bu qədər ağır oldu Türkün daşı
Nədən heç tapılmır dostu, sirdaşı…