​İdman dərsində ayağı burxulan şagird öldü

​İdman dərsində ayağı burxulan şagird öldü
17:00 12.04.2023
182 Dünya
A- A+

Rusiyanın Adıgey vilayətində on yaşlı məktəbli qızın bədən tərbiyəsi dərsində ayağı burxulub və ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Atipik Adıgeya” Telegram knalı məlumat yayıb.

Uşağın valideynləri qeyd ediblər ki, qız dərsdən sonra Krasnoqvardeyskaya rayon xəstəxanasının təcili yardımına aparılıb.

Həkim uşağı müayinə edib və adi əzik olduğunu deyib və maz təyin edib. Evə gəldikdən sonra qızın hərarəti qalxıb və dodaqları göyərməyə başlayıb. Şagird yenidən xəstəxanaya aparılıb. O, reanimasiya şöbəsinə aparılıb və saat yarım sonra dünyasını dəyişib.

Həkimlər arayış veriblər ki, ölümün səbəbi streptokokk pnevmoniya və kəskin sepsisdir. Lakin valideynlərin dediyinə görə, qızın heç bir xroniki və yoluxucu xəstəliyi olmayıb.