​Avropa İttifaqından sərhəddəki insidentlə bağlı ÇAĞIRIŞ

​Avropa İttifaqından sərhəddəki insidentlə bağlı
16:22 12.04.2023
151 Dünya
A- A+

Bakı və İrəvan sərhədin delimitasiyası ilə bağlı danışıqları aktivləşdirməlidir, Avropa İttifaqı (Aİ) prosesi dəstəkləməyə hazırdır.

Bu barədə Aİ Xarici İşlər Xidmətinin çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı bəyanatda deyilir.

“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir.  Aİ həmçinin sərhədlərin delimitasiyası danışıqlarını aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır” - mətndə qeyd olunub.