"Atam, qardaşım ticarətlə məşğul idi. Bizim nəsildə müğənnilik qəbul olunmurdu. İncəsənət universitetinə daxil oldum. Qardaşım öyrənəndə dedi ki, get başqa universitetə daxil ol, artist olacaqsan? Çıxdım universitetdən. Sonra amma yenə gəldim bu sahəyə. Məndən sonra Cabbar, Musa gəldi müğənni oldu".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Söz baz" verilişində deyib. Müğənni yaşadığı çətinliklərdən danışıb. O bildirib ki, nəsillərində incəsənət aləmində çalışmaq birmənalı qarşılanmayıb:
"Bir yaşımda olanda atam dünyasını dəyişdi. 1 yaşımdan atamı görmürəm. İlk pulu 8 yaşımda qazanıb, anama aparıb verdim. Qardaşım məndən 7 yaş böyükdür. Çətinlik çəkirdik, işləməyim evə yaxşı idi. Sonra qardaşım universitetə girdi, vəzifə sahibi oldu. Vəziyyətimiz yaxşılaşdı. Anam bəy nəslindən olub. Ağsaqqal musiqiçilər gəldi qardaşımdan, anamdan icazə aldılar, toya getdim. Sonra bizneslə məşğul oldum, toylara getmədim. Ulu öndər gələndən sonra soruşub ki, haradadır? Deyiblər, bizneslə məşğul olur. Cavab verib ki, yaxşı oxuyandır, niyə bizneslə məşğul olur? Sonra qayıtdım ifaçılığa.
Amma biznesim yaxşı idi, qazanırdım. 60 işçim var idi, oxumağı atmışdım. Yaxşı qazanırdım".