«Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin. Qanunvericiliyə görə bu məbləğlər məxfi sayıldığına görə, açıqlanmır, amma qərara əsasən Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirəcək.
Eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, eyni qərar Naxçıvan MR-da da qəbul edilsin, yəni Naxçıvan Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
Sözügedən qurumlarda çalışanlar üçün daha bir müsbət məqam odur ki, bu qərar apreldə qəbul edilməsinə baxmayaraq, 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.(fed.az)