Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə xarici ölkələrin agenti kimi çalışan yüksək rütbəli məmurların ola biləcəyini istisna etməyib.
O bunu parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin yüksək rütbəli xarici ölkə agentləri orduda çaxnaşma yaradırlar.
“Məsələn, hərbçilər arasında panika, çaxnaşma yaratmaq üçün tabeliyində olanlara tapşırır ki, hamı döyüş mövqelərini tərk etsin. Niyə? Motivasiya üzə çıxmayınca heç bir cinayətin üstü açılmayacaq. Ola bilsin ki, onlar başqa ölkənin agentləridir”, - Paşinyan qeyd edib.
O əlavə edib ki, bunun üçün yuxarıdan əmr almalı idilər: “Daha doğrusu, bu əmri mən verməliydim, amma verməmişəm. Deməli, onlar hansısa daha yuxarılardan əmr, sifariş alıb, onu yerinə yetiriblər. Özü də əmri kimdən aldığını demir”. \olke.az