Ali Məhkəmədə Bakıda övladını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Güloğlan Nağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Nağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
G.Nağıyev 6 aylıq övladını yastıqla boğaraq öldürüb.
Məlumata görə, G.Nağıyev uşağın ağlamağına əsəbləşərək onu yastıqla boğub.