​Azərbaycanda süd və süd məhsulları BAHALAŞDI - VİDEO

​Azərbaycanda süd və süd məhsulları
11:08 13.04.2023
A- A+
Bəzi bölgələrdə süd və süd məhsullarının qiymətində artım müşahidə olunur.

İsmayıllı rayonunda son günlərdə qiymətlərin artması göz önündədir. Satıcılar əvvəl 4-5 manat olan pendirin indi 7-8 manat olduğunu qeyd edib. Satıcılar deyir ki, heyvan yemlərinin bahalaşması məhsulların da bahalaşmasına təsir göstərir. 

Gəncədə də süd məhsullarının qiyməti İsmayıllıdan fərqlənmir. Amma burada qiymət artımı indi yox, 2-3 ay əvvəl baş verib. Hazırda isə qiymətlərdə ciddi dəyişikliklər yoxdur. Süd 80 qəpik-1manat arası, qaymaq 15 manat, pendir 6 manat qiymətə təklif olunur. Satıcılar bildirir ki, hazırki qiymətlər 2 aydır ki qüvvədədir.

Süd məhsullarının müxtəlif rayonlarda müxtəlif qiymətlərdə olması səbəbinə gəlincə isə, Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirib ki, bazarlarda müxtəlif tələblərə riayət olunması üçün nəzarət aparılır. Müvafiq sahələrdə süni qiymət artımının olub-olmaması ilə bağlı araşdırma aparılır.