​Ermənistan bu təkliflə razıdır, qoşunlarımızı geri çəkirik - Paşinyan

​Ermənistan bu təkliflə razıdır, qoşunlarımızı geri çəkirik
12:13 13.04.2023
131 Dünya
A- A+
Ermənistan Aİ-nin qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.“Biz qoşunları 2021-ci ildən çıxarmağa hazır olduğumuzu bəyan edirik. Bu cür hərəkətlər Praqa bəyanatının və Soçidəki üçtərəfli bəyanatın əsasında duran məntiqə əsaslanır”, - Ermənistan hökumətinin başçısı qeyd edib.

Nikol Paşinyan çıxışı zamanı əsassız iddialar səsləndirib. O bildirib ki, guya Ermənistanın qoşunlarını çıxarmasına Azərbaycan əngəl olur. O, Bakını əldə olunan razılaşmalara əməl etməməkdə ittiham edib.

Bundan əvvəl Avropa İttifaqı tərəflərə sərhəddə gərginliyi azaltmaq üçün qoşunların çıxarılması təklifi ilə çıxış edib.