​Gözəllik salonunda baş verən qətlin TƏFƏRRÜATI - Prokurorluq MƏLUMAT YAYDI

​Gözəllik salonunda baş verən qətlin TƏFƏRRÜATI
14:26 13.04.2023
150 Hadisə
A- A+
Prokurorluq Bakıda gözəllik salonunda baş verən qətl barədə məlumat yayıb.

Binəqədi rayon prokurorluğundan  verilən məlumata görə, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.