Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Sərhəddəki vəziyyətin siyasi qiymətləndirilməsi baxımından 1991-ci ildəki sərhədi vurğulayan Aİ-nin bir gün əvvəl yaydığı mesajın əhəmiyyətli olduğunu düşünürəm. Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsinə uyğun olaraq dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında inzibati sərhəddən gedir.
Aİ-nin bəyanatında deyilir ki, bu sərhədə hörmət edilməlidir. Vəziyyətin sabitliyinin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin bu sərhəddən təhlükəsiz məsafəyə çıxarılması vurğulanır. Ermənistan 1991-ci ildəki kimi Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca belə bir tədbir görməyə hazırdır. Biz 2021-ci ildən buna hazır olduğumuzu bildiririk və belə bir hərəkət Praqa və Soçidə üçtərəfli razılaşmaların məntiqindən irəli gəlir”, - Paşinyan bildirib.