​Müğənni Günay qurumun əməkdaşını ələ saldı - VİDEO

​Müğənni Günay qurumun əməkdaşını ələ saldı
14:49 13.04.2023
150 Maqazin
A- A+
Müğənni Günay İbrahimli sosial media hesabının stori bölməsinə atmacalı video yerləşdirib.

Sənətçi şəxsi instaqram hesabında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisinin çıxışını payalaşaraq bunları yazıb:

"Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi danışır. "Min beş yüz" deyə tələffüz olunur, yoxsa "min beşşüşşzt?"

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc etmişdi. Siyahıda müğənni Günay İbrahimlinin "O kimdir ki?" adlı ifası da yer alıb.