Aprelin 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açqılanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin qısamüddətdə güclənəcəyi gözlənilir.
Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Avtomobil yollarında vəziyyət
Aprelin 14-də ölkə ərazisində gecə və səhər saatlarında Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Laçın-Həkəri, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Goran-Naftalan, Xaldan-Mingəçevir, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.