Xəbər verdiyimiz kimi, Ermənistanda saxlanılan hərbçilərimizə vəhşicəsinə işgəncələr verilib.
Erməni teleqram kanallarında yayılan görüntülərdə işgəncə zamanı diqqət çəkən daha bir dəhşətli fakt üzə çıxıb.
Belə ki, erməni hərbçiləri əsgərimizə vintaçanla zərbələr endiriblər.
Yayılan fotoda düşmənin əlində gizlətməyə çalışdığı alət açıq-aydın görünür.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.