​"Azərbaycanlı hərbçilər Ermənistanda şiddətli şəkildə döyülüb"

​
17:00 13.04.2023
157 Siyasət
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsi faktına münasibət bildirib.

XİN sözçüsü Ayxan Hacızadə bununla bağlı tviter hesabında paylaşım edib.

"Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!", - XİN sözçüsü bildirib.