Çox maraqlıdır yas mərasiminə gələn qadınlar, qızlar niyə "full" makiyaj edirlər. Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi...
Bu sözləri Əməkdar artist Nigar Şabanova sosial mediada yazıb. Bu yaxınlarda xalasını itirən ifaçı yasa makiyajlı və bər-bəzəkli gələn qadınları tənqid edib.
"Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin", - ifaçı qeyd edib.