3 gün öncə paytaxtın Suraxanı rayonu Binə qəsəbəsində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexində 2 nəfərin yanaraq öldüyü yanğının qəsdən törədildiyi məlum olub.
Bu barədə FHN, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə heç də təxmin edildiyi kimi qısaqapanma və ya digər texniki nasazlıq səbəbindən deyil, qisas almaq məqsədli törədilib. Hadisə yerinə dərhal yanğınsöndürənlərin çağırılması gerçəklərin daha tez ortaya çıxmasına kömək edib.
Sex sahibinin sözlərinə görə, obyekti 2 ay öncə icarəyə götürüb. Ümumi sahəsi 240 kv.metr olan bu tikilinin 44 kv.metri tamamilə yanıb. Sex sahibinə 10.000 manatdan çox ziyan dəyib.
Baş Prokurorluq açıqlamasında bildirib ki, 1991-ci il təvəllüdlü Ramin Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə sexi yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürmüşdür. Həmçinin bildirilib ki, həmin şəxs barədə məhkəməqərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.