Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Pravda.az xəbər verir ki, o, bu təyinatadək PASHA Holding” MMC-nin tərkibində olan “Grand-Agro” MMC-nin direktoru olub.
M.Məmmədov bundan əlavə, “Agro Food Investment” MMC-nin də direktoru vəzifəsini icra edib.
O, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.