Xəbər verdiyimiz kimi, iş xanımı Elnarə Bəkirovanın atası Kamran Bəkirov qətlə yetirilib.
Elnarə atası ilə bağlı paylaşım edib.
O, foto yayımlayaraq "Dayağım atam, sənsiz keçən hər dəqiqəm mənə ölümdür. Sənə bunu edənlərin əlləri qurusun. Qanun qarşısında ən ağır cəza almaları üçün əlimdən nə gəlirsə, edəcəyəm" sözlərini yazıb.
Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşüb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.
Elnarə Bəkirova keçmiş moda məsləhətçisi, hazırda isə "Şərifzadə Art center"in rəhbəridir./Axşam.az