Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq
Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.
Referans.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
"Təyinat üçün adətən vəfat edən şəxsin 40 məclisinin olmağı gözlənilir. Artıq 40 mərasimi olub. Məsələ yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda məscidə din xadimi təyinatı olacaq" - deyə o qeyd edib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.