​Türkiyə generalları Azərbaycanda səfərdədir

​Türkiyə generalları Azərbaycanda
21:59 09.12.2021
249 Toplum
A- A+

Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti YAŞAT Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.

Prezident yanında Vətəndaşzlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə “Mehmetçik” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Engin Durak, “Elele” Fondunun rəhbəri, ehtiyatda olan general-mayor Taci Kurul, “Eğitim” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Kamal Qorxmaz və “Dayanışma” Fondunun rəhbəri, ehtiyatda olan polkovnik Mustafa Dündar daxildir.

Qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, Şəhidlər xiyabanında və “Türk Şəhidliyi” abidəsində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşü təşkil olunub. Qonaqlara YAŞAT Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib. Fondun şəhidlərimizin ailələrinin və qazilərimizin müraciətlərinin həlli istiqamətlərində reallaşdırdığı dəstək tədbirləri diqqətə çatdırılıb Bundan əlavə YAŞAT Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti ASAN xidmətin, Elektron Hökumətin İnkişafı Mərkəzinin, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, həmçinin ABAD İçərişəhər etno-butikinin fəaliyyəti ilə də tanış olub.

Qonaqlara xatirə hədiyyələri təqdim olunub.