Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nesrin Cavadzadənin binanın blokunda 15 pişik bəslədiyi məlum olub.
Sülh.info.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, 40 yaşlı aktrisanın qonşusunu narahat edib. Bildirilib ki, Nəsrin Cavadzadənin pişik üstündə qonşusu ilə tez-tez mübahisəsi düşür. Cavadzadənin blokda 15-ə yaxın pişiyi yedizdirməsinə qonşusu qarşı çıxaraq onu binanın nəzarətçisinə şikayət edib.
Bundan başqa, qonşusunun Cavadzadə ilə mübahisə etdiyi, hətta ona qışqırdığı da iddia olunub.