Sülh.info.az "Qafqazinfo"ya istinadən bildirir ki, İTV-yə danışan Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altun Azərbaycan dövlət başçısına və xanımına təşəkkürlərini çatdırıblar:
"Buradan bizə təşəkkürünü çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.
Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış - bayrağın yandırılması səbəbindən azərbaycanlı qardaşlarımıza ərmağan etdik. Sizləri çox sevirik və hər zaman yanınızdayıq".
Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.