​Ermənistanda həbs edilən əsgərlərimizlə bağlı YENİ XƏBƏR

​Ermənistanda həbs edilən əsgərlərimizlə bağlı
10:25 18.04.2023
134 Hadisə
A- A+
Dumanda azaraq Ermənistana keçən əsgərlərimizə qarşı irəli sürülən qondarma ittihamlarda “qətl” iddiası yer almayıb.

Publika.az xəbər verir ki, əsgər Hüseyn Axundovun Zəngəzur mis-molibden zavodunun mühafizəçisini qətlə yetirdiyi iddia olunurdu. Ermənistan rəsmiləri və mediası iddia edirdilər ki, öldürülən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb. Lakin erməni mənbələr bu iddianı təkzib edən faktlar açıqladı. Bununla yanaşı, “qətl iddiaları” Nikol Paşinyanın əsgərlərimizlə bağlı dediklərinə də zidd idi.
Ermənistan prokurorluğu əsgər Aqşin Bəbirov və Hüseyn Axundova qarşı “bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçmək, silah-sursat qaçaqmalçılığı və qanunsuz dövriyyəsi” kimi qondarma ittihamlar irəli sürüb.
Ermənistan mediası yazır ki, Hüseyn Axundov haqda “qətl iddialarının” ittihamlarda yer almaması erməni baş nazirin əvvəl səsləndirdiyi fikirlərin təkzib edilməməsi üçündür. Bu məqam bir daha təsdiq edir ki, əsgərlərimizə qarşı irəli sürülən digər ittihamlar da qondarmadır və aparılan istintaq, qurulan məhkəmə şoudan başqa bir şey deyil.

“Qətl iddiası”nın arxa plana keçməsi əsgərlərimizin qaytarılmasını da asanlaşdıra biləcək amillərdən hesab oluna bilər. Aydındır ki, Ermənistan hakimiyyətinin məqsədi dumanda azaraq sərhəd xəttini keçən azərbaycanlı əsgərləri Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir. Görünür, “qətl iddiası” da buna görə təxirə salınıb.