​Ermənilər Bakıdan video paylaşdı - “Biz burdayıq” / VİDEO

​Ermənilər Bakıdan video paylaşdı
16:22 18.04.2023
253 Ölkə
A- A+
Erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılıb.

Sulh.info.az  axar.az-a istinadən bildirir ki, videoda Şəhidlər Xiyabanında olan bir qadın telefonunda Ermənistanın gerbini göstərir, digər kamera ilə isə ətraf ərazi görüntülənir.

Videonun montaj olub olmadığı bilinməsə də, ermənilər bu görüntünü "Biz burdayıq" sözləri ilə tirajlayıb.

Qeyd edək ki, 4 iyun 2022-ci ildə də 15 yaşlı şərti adı Fidan olan qız uşağı ADNSU-nin qarşısında video çəkmişdi. O, DTX tərəfindən yaxalanmışdı.