Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur. Onların əksəriyyəti isə hərbçilərdir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib: "Dövlətə xəyanətdə təqsirləndirilən hərbçilərin əksəriyyəti yüksək rütbəli zabitlərdir. İnsanlar öz mövqeləri barədə məlumatı pul müqabilində qarşı tərəfə ötürüb", - Paşinyan əlavə edib.