​Sabahla bağlı VACİB XƏBƏRDARLIQ

​Sabahla bağlı VACİB XƏBƏRDARLIQ
16:49 18.04.2023
158 Ölkə
A- A+

Aprelin 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, günün birinci yarısında qısamüddətə gilavar küləyinin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Avtomobil yollarında vəziyyət Aprelin 19-da dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.