​Rövşanə blogerlərin qəzəbinə tuş gəldi - “Sizin dövrünüz bitdi, bizimki başladı!”

​Rövşanə blogerlərin qəzəbinə tuş gəldi
12:27 19.04.2023
171 Ölkə
A- A+
İnfluenser Nagehan Abdullayeva ilə proqramında gərginlik yaşayan, onu sualları ilə özündən çıxaran aparıcı Rövşanə Ağasəfqızı blogerlərin qəzəbinə tuş gəlib.

Əksər influenser öz həmkarının müdafiəsinə qalxaraq, Ağasəfqızını sərt tənqid edib. Onu Nagehana qarşı təkrar-təkrar “ərə getmək” ifadəsini səsləndirdiyi, həm də işinin məğzini soruşub, üstünə getdiyi üçün qınayıblar.

OLAY R. Ağasəfqızının ünvanına yazılan kəskin iradları təqdim edir:

Arzu Cəlili (arzu.ja) :

“Verilişə çağırılan qonağa bu nə hörmətsiz yanaşmadır? Proqrama dəvət etdiyin insanı tanımırsansa, işinin məğzini bilmirsənsə, öncə işini sorğula bir zəhmət. İşini ciddiyə almağa tənəzzül etmədiyin bir insanı dəvət edirsənsə, özünə sual ver, verilişini sorğula. Öz layihənlə “məzələn”, qonağınla yox. İl 2023 olub, verdiyi suala bax. Sənə nə evliliyini, davam etdirə biləcək, ya yox? Ümumiyyətlə, bu televiziya işçilərinin sosial şəbəkələrə aqressiyası çox acınacaqlı görünür. Gənclərin nəbzini tutub, TV-də saxlaya bilmirlərsə, əvvəlki reytinqləri yoxdursa, içdən-içə influenserləri, yutuber və tiktokerləri müqəssir elan edib, “qapmaqdansa” bəzi “jurnalistlər” dönüb özünə baxsın.

Bəziləri artıq anlasın, dərk etsin, həzm etsin ki, influenser, tiktoker, yutuber, bloger və digər sosial media fiqurları var! Niyə? Sən niyə varsansa, ona görə! Hazırda var! 5 il sonra olacaqmı bilmərik, amma indi, bu dövrdə, bu ildə var və inkişaf edir. Bəli, bu sahə pul da qazandırır, dövlətə vergi, hadisələrə yön verir! Dünyada geniş vüsət alıb, qlobal markalar belə artıq TV-dən öncə sosial media platformalarında reklam edir.

Bu reallıqla barışın. Xarici influenserlar dünyanı “sallayır”. Bizim bəzi avamlar hələ də “blogerlər nə iş görür ki?” deyir. Bəsdir. Rişxənd etməyin. Sabah övladınız bu platformalardan gəlir əldə edəndə, o pulu yeməyə üzünüz olsun!”.

Nəcibə Əhmədi (nadjiba):

“Belə savadsız, danışığını bilməyərək siz niyə jurnalistsiniz? İlahi hələ “evlənmək” sözünü deyə bilmir, “ərə getmək” deyir. “Guya” çağırdığı qonağın işini bilmir, özünə jurnalist deyir”.

Aynur Ağayeva (aynura_agayeva):

“Belə biabırçılıq olar? Danışığını belə bilməyən insanlar necə rahat şəkildə milyonların qarşısında veriliş aparır. Anlamıram”.

Aysel Nasir (ays_nasir):

“Aparıcı olasan və danışıq qabiliyyətin olmaya! “Sən” deyə xitab etmək nədir?! Kim olaraq belə danışa bilirsiz?! “Ərə getmək” nədir? Kim öyrədib bu “xanım”a TV mədəniyyətini? Kiminsə tanınmış olması sizin və sizin kimiləri niyə narahat edir?”.

Aytən Fərzəliyeva (by_aitanfarzaliyeva):

“Şokdayam. Bu nədi? Bu nə sualdır? Bu TV-dir, verilişdir? “Sürdürə biləcəksən evliliyini” nədir? Hansı ağılla verilir belə mənasız, düşüncəsiz suallar? İşin nədir sualına hələ nə deməli? Guya, instaqramda müəyyən kütləsi olan səhifələrin işin bilmirsiniz? Nagehan, sənə halaldır, səbrlə dözmüsən. Necə gülünc. “Jurnalistəm” sözünə qarşındakını verilişə çağırıb bilmir, öyrənmir kimdir”.

Nigar Fərzəliyeva (nigarfarzali):

“Belə savadsız danışığını bilməyən aparıcılar ən əsasda bu hamıyla problem yaşayan, insan sevməyən, insanlara qarşı kin saxlayan aparıcı hələ də niyə efirdədir görəsən? Nə işlə məşğul olduğunu elə sən hamıdan da yaxş; bilirsən, efirinə də reytinq üçün çağırmısan”.

Şəms Allahverdiyeva (shamsall_):

““Ərə getmək”. Nə vaxt bu kobud ifadələr yığışdırılacaq? “Evlənmək” niyə deyilmir? Görün, necə pis və kobud səslənir”.

Səbinə Orucova (sabiorudjeva):

“Mənə maraqlıdır, bank işçisinə “sənin işinin məğzi nədir” deyə sual verər hansısa jurnalist? Və ya bir həkimə, müəllimə? Siz hələ də “guya” bilmirsiz ki, influenser nə işə baxır?  İnsanlar bu sahə üzrə özünü daim inkişaf etdirərkən, siz jurnalist kimi başqa sual tapmadınız? Hər şeyi keçdim, nə işə baxdığını guya bilmədiyiniz birini necə çağırdız verilişinizə?”.

Xatirə Yüzbəyova (100beyova):

“Arada səmimiyyətin olmayan insana “sən” deyə müraciət etmək jurnalistikanın hansı kitabında, dəftərində var? Bu qədər tənqid etdiyiniz blogerləri niyə efirə çağırırsınız? Məlum məsələdir ki, reytinqə görə. İctimai məsələləri müzakirə edib cəmiyyətin problemlərini həll etməyə çalışsan, daha yaxşı edərsən. Bəyənmədiyiniz blogerlər bu cəmiyyət üçün sizdən daha faydalıdır. Reytinq məqsədinə çatdın, çox ucuz taktikadır, amma tutur”.

Mehin Oktaylı (iconmekh):

“Bunu tanımıram, sadəcə dəfələrlə ağzının danışığını bilmədiyinə görə sosial mediada tənqid olunduğu videoları görmüşəm. Oradan ağlımda qalıb. Məsələn indi sənin bu mənasız danışığını biz olmasaydıq kim tənqid edərdi? Uzaq başı ekran qarşısında əyləşən bir-iki izləyici, vəssalam. İzləyicilərə sənin kimi danışığını bilməyib evlənmək sözünə “ərə getmək” deyən “savadlı” jurnalisti tanımalıdır, ya yox? Üzünüzdəki kin, əsəb o qədər bəlli olur ki… Yazıqsınız sadəcə, efirə qonaq çağırıb, onu əzərək reytinq yığmağa çalışan, zavallı jurnalistlərə ömür boyu hörmətim olmayıb, olmayacaq da!”.

Turan Qarayeva (toostyle.co):

“Heç kim işini sizə izah etmək məcburiyyətində deyil. Bu nədi axı? Ərə gedib populyarlaşmaq əgər iş deyilsə, bunun üzərinə veriliş mövzusu yaradıb reytinq yığmaq işdir?”.

Şəfəq Məmmədova (wefegm):

“Həyatda tanıdığım və gördüyüm ən “savadlı” görünən savadsız insansınız. Çox görməmiş, çox mədəniyyətsiz. Ətrafınızda sizə bir hörmət edən dost-tanışınız varsa, sizə başa salsın ki, sizin dövrünüz bitdi, bizim dövrümüz başladı. Qəbul etsən də budur, etməsən də. Ömür boyu ağzınızın danışığını bilməmisiniz. Düzdür, mən Nagehan elədiyi səhvi edib, güvənib sizi 2 manatlıq verilişinizə çıxmazdım. Orada mən olsaydım, sizə öz formanızda elə cavab verərdim ki, bu saata kimi özünüzə gəlməmişdiniz. Özünə ömür boyu hörmətin olmayıb. Heç olmasa, qonağına hörmət et!”.