"Mənim qədər pul qazanan var? Ruzili xanımam".
Sulh.info.az axşam.az-a istinadən xəbər verir ki,bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində deyib. Sənətçi şou-biznesdə ən çox pul qazanan ifaçı olduğunu iddia edib:
"Yetəri qədər işim var. Məkan açmışam, evlər almışam... Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat hündürdabanda oxuyuram. Xalqın puludur, sevilirəm və toylara dəvət alıram. Dörd evim var. Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Mən əgər əlibərk olsaydım, daha çox ev alardım".