​Bakıda daha bir məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ - 15 şagird xəstəxanaya aparıldı /VİDEO

​Bakıda daha bir məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ
09:00 20.04.2023
130 Hadisə
A- A+
Aprel ayı ərzində Bakı məktəblərində ikinci kütləvi zəhərlənmə hadisəsi baş verib.

Dünən Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə 15 şagirdin zəhərlənməsi diqqətləri bu məktəbə yönəldib.

149 saylı məktəbin direktor müavini Namiq Ələkbərov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb məktəb bufetində satılan qidalar olmayıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, 149 saylı məktəbdən xəstəxanaya 15 şagird gətirilib.

Qida Təhlükəsizliyi Agentliyi isə bu gün məktəbdə yoxlamalara başlayıb. Agentlikdən bildirdilər ki, hazırda qurumun mütəxəssisləri hadisənin qeydə alındığı məktəbdədirlər. Yoxlamaların nəticəsi barədə əlavə məlumat veriləcək. Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır.