Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.
SULH.İNFO.az Axar.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Vüsal Qələndərov əvvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.