​Yeni ştammın DƏHŞƏTLİ XÜSUSİYYƏTLƏRİ açıqlandı

​Yeni ştammın DƏHŞƏTLİ XÜSUSİYYƏTLƏRİ açıqlandı
12:45 20.04.2023
304 Dünya
A- A+
Koronavirusun yeni Arktur ştammı immunitetdən yan keçir.

Sulh.info.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova deyib.

“Çox yüksək yoluxuculuq qabiliyyətinə malikdir, hətta sələflərindən daha yoluxucudur. Hər hansı kiçik təmas infeksiyaya və xəstəliyin inkişafına səbəb olur", - federal xidmətin rəhbəri bildirib.

Onun sözlərinə görə, xəstəlik SARS şəklində keçir və əksər hallarda xəstəxanaya yerləşdirmə tələb olunmur. Həkim hesab edir ki, may ayının sonunda Arkturusun identifikasiyası ilə əlaqədar yoluxmaların sayə yenidən artmağa başlayacaq.

Məlumat üçün bildirək ki, bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb. Hind alimlərinin sözlərinə görə, Arktur variantı Omikronun mütasiyası nəticəsində meydana çıxıb. Bildirilib ki, bu variant, xüsusilə uşaqlarda müşahidə olunur.

Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Dr. Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin yüksək hərarət, öskürək kimi əlamətlərinə göz qaşınması da əlavə olunub. "Hindustan Times" qəzetinin yazdığına görə, xüsusilə qaşınma konyuktiviti uşaqlarda müşahidə edilir və bu simptom digər COVİD-19 variantlarında müşahidə olunmayıb.