​Kəmaləddin Heydərovdan Ramazan bayramı ilə bağlı TAPŞIRIQ

​Kəmaləddin Heydərovdan Ramazan bayramı ilə bağlı
13:09 20.04.2023
312 Toplum
A- A+
Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə  FHN-dən bildirilib.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.