Ermənistan parlamentində insident baş verib.
Sulh.info.az axar.az-a istinadən bildirir ki, parlamentin İnsan haqlarının müdafiəsi üzrə komitəsinin rəhbəri Taqui Tovmasyan hakimiyyətin yalan danışmasına imkan verməyəcəyini deyib.
Ona "Şərəf duyuram" fraksiyasının üzvləri Ayk Mamicanyan və Anna Mkrtçyan dəstək veriblər. Bu isə gərginliyə səbəb olub.
Parlamentin mühafizə xidməti zala daxil olaraq, müxalif deputatları iclas zalından çıxarıb.