​Fransa xarici işlər naziri Azərbaycana səfər edəcək

​Fransa xarici işlər naziri Azərbaycana səfər edəcək
09:01 25.04.2023
156 Siyasət
A- A+
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.

Trend bu barədə Fransa XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

"Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilir.

Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.