​Bəxtiyor Saidov bu ölkənin xarici işlər naziri təyin edildi

​Bəxtiyor Saidov bu ölkənin xarici işlər naziri təyin edildi
11:05 25.04.2023
141 Siyasət
A- A+
Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib.

Sulh.info.az report-a istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi.