Şəhidimizin anası dünyasını dəyişdi.
Sulh.info.az Faktmedia.az-a istinadla bildirir ki, şəhid Ayhan Haqverdiyevin anası İntizar Haqverdiyeva cavan yaşında dünyasını dəyişib. Şəhidin bacısı bildirib ki, anası övlad itkisinə dözməyib ürəyi dayanıb.
Qeyd edək ki, Ayhan Haqverdiyev 2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün gedən Vətən müharibəsində şəhid olub.