Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
SÜLH.İNFO.az xəbər verir ki, qazilər Seymur Aliyev, Həşim Həşimov, Şəmşir Həziyev və Əli Cəfərli bu gün qardaş ölkəyə yola düşüblər.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.