Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğludur.
İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.
Tahir İmanov "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artistdir.
Məlumatı dəqiqləşdirmək üçün Əməkdar artistlə əlaqə saxladıq. Tahir İmanov bu barədə danışmaq istəmədiyini bildirdi: "Mənə sənətimlə bağlı suallar verin".