​Rəqsanənin evində qalan Təranə Səmədovanın övladları kimə VERİLƏCƏK? - ŞOK İDDİA

​Rəqsanənin evində qalan Təranə Səmədovanın övladları kimə VERİLƏCƏK?
15:56 26.04.2023
170 Maqazin
A- A+
Xəbər verildiyi kimi həbsdə olan prodüser Təranə Səmədovanın övladları müğənni Rəqsanə İsmayılovanın müvəqqəti himayəsinə verilib.

Bu barədə müğənninin özü açıqlayıb və prodüserin iki qız övladının rəsmi qaydada yanında qaldıqlarını, tərbiyəsi ilə Rəqsanənin övladlarının baxıcıları məşğul olduğunu bildirib.

Qeyd edək ki, prodüser Təranə Səmədova həbs olunandan sonra övladları Rəqsanə İsmayılova tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilmişdi.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə Rəqsanə İsmayılova hələki rəsmi qaydada qəyyum təyin olunmayıb:

“Bilirsiz ki, uşaqlar Rəqsanə tərəfindən və aidiyyəti qurumların iştirakı ilə sığınacağımıza gətirilmişdi. Təranənin böyük qızı rica etdi ki, doğum günü ilə bağlı iki günlük Rəqsanə İsmayılovagilə getmək istəyir. Orada qalmaq istəyini biləndən sonra aidiyyəti qurumlarla bunu razılaşdırdıq. Qəyyum təyin olunanadək uşaqlar Rəqsanənin yanında qalırlar. Davamlı olaraq mən, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, hüquq mühafizə orqanları, eyni zamanda Xətai Rayon icra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyasının əməkdaşları uşaqları görməyə gedirik.

Əlbəttə ki, Rəqsanənin evi ilə sığınacaq şəraiti tamam fərqlidir. Qız elə yaşdadır ki, biz onun seçiminə də qarışa bilmirik. Sadəcə deyir ki, özümü Rəqsanə xalanın yanında daha rahat hiss edirəm. Amma rahat şəraitə də tam olaraq alışmaması lazımdır. Yəqin ki, o uşaqların dövlət müəssisəsində yaşamaları təmin olunacaq. Çünki Təranənin elə bir yaxını yoxdur. Digər tərəfdən, uşaqları qəyyumluğa götürəcək ailənin uyğun şəraiti və məsuliyyəti olmalıdır”.

Kəmalə Ağazadə qəyyumluqla bağlı Təranə ilə yaşadıqları qalmaqaldan da söz açıb:

“Təranə məhkəmədə uşaqların qanunsuz olaraq sığınacağa yerləşdirildiyini deyib. Halbuki özü təcridxanadan mənlə əlaqə saxlayaraq, uşaqların qəyyumluğunu mənə verdiyini bildirib. O zaman ona bildiridim ki, bunun üçün sənin rəsmi müraciətin olmalıdır. Bir ay sonra yenidən məni yığaraq, “uşaqların qəyyumluğunu niyə sənə verməliyəm, bu o deməkdir ki, mən buradan çıxmayacağam?”- deyə bildirdi. Yəqin, düşünür ki, uşaqlar onun üçün bir alətdir. Onu da deyim ki, məhkəməyə bütün rəsmiləşdirilmiş sənədləri, qəbul aktlarını təhvil vermişik. Bu gün o uşaqların qəyyumu ancaq dövlət olmalıdır.”.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.